“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazov son model BMW alır - DETALLAR

Dünən, 11:11           
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazov son model BMW alır - DETALLAR
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazov son model BMW alır
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 1400064731) ilə satınalma müqaviləsi imzalayıb.

TEREF yeniavaz.com-a istinadən xəbər verir ki, FHN “İmprotex Motors” MMM-dən 253 min 148 manata bir ədəd sedan tipli xidməti minik avtomobili alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə bir mənbədən satınalma metodu ilə bağlanılıb və satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qeyd edək ki, BMW, “Rolls-Royce”, MINI və “Yamaha” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMM 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 325 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 33-də yerləşir.

Onu da qeyd edək ki, FHN-nin “İmprotex Motors”dan hansı marka avtomobil aldığı açıqlanmayıb. “İmprotex Motors”un açıqladığı məlumatlardan isə belə görünür ki, satış qiymətləri təxminən 253 min manata bərabər olan markalar arasıda BMW-nin “i7 M70 xDrive”, “750e xDrive”, “X5 M60i xDrive”, “840i xDrive” kimi modelləri yer alır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu direktoru Müsədin Namazovdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.