Bu şəxslərə 1000 dollar VERİLƏCƏK - ŞƏRTLƏR AÇIQLANDI

6-05-2025, 11:18           
Bu şəxslərə 1000 dollar VERİLƏCƏK -
Tramp administrasiyası vətənə qayıdan qeyri-qanuni miqrantlara 1000 dollar ödəyəcək.

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkədə qeyri-qanuni yaşayan və könüllü olaraq öz ölkəsinə qayıtmağa razı olan miqrantlara 1000 dollar məbləğində birdəfəlik ödəniş təklif edir.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Proqramın məqsədi ABŞ-dakı miqrasiya yükünü azaltmaq və immiqrasiya prosesini sürətləndirməkdir. Könüllü qayıdış təşəbbüsü çərçivəsində miqrantlara maddi dəstək veriləcək və onların ölkələrinə təhlükəsiz şəkildə qaytarılması təmin olunacaq.

Hazırda təşəbbüsün neçə nəfəri əhatə edəcəyi və hansı ölkələrin vətəndaşlarına şamil olunacağı barədə əlavə detallar açıqlanmayıb.\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru