Mərkəzi Bankdan daha bir manat qərarı

10-04-2015, 09:47           
Mərkəzi Bankdan daha bir manat qərarı
Bundan sonra satışa gündəlik 5 milyon dollardan artıq pul çıxarılmayacaq

Ölkə iqtisadiyyatını neftin üzərində quran Azərbaycan hakimiyyəti artıq bunun ağrılarını çəkməyə başlayıb. Neft və qazın dünya bazarlarında qiymətdən düşməsi fonunda manatı saxlaya bilən rəsmi Bakı vəziyyətdən çıxmaq üçün ilkin olaraq kəskin devalivasiyaya getdi. JAM.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bir gecədə milli valyutanı 34 faiz «öldürməsi» çarə kimi işə də yaramadı.

Qeyd edək ki, işə yaramayan devalivasiyanın davamı olacağı isə istisna deyil. Bunu həm rəsmi qurumlar, həm yerli ekspertlər, həm də xarici mətbuat deyir. Amma bu dəfə kəskin addımın atılıb, atılmayacağı məlum deyil. Düzdür, AMB and-aman edir ki, ikinci kəskin devalivasiya olmayacaq və olsa belə, bu kiçik rəqəmlərlə ifadə ediləcək. Lakin bütün hallarda əmək haqlarını artırmayan hökumətin istənilən addımının ağrısını camaat çəkəcək.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, bu gündən etibarən Azərbaycan Mərkəzi Bankı daha bir manat qərarının icrasına start verməyə hazırlaşır. Yanvar-fevral ayında bazara 2 milyard dollar çıxaran AMB, martda bu rəşəmi 600 milyon dollara endirə bilmişdi. Amma aprel ayının ikinci həftəsindən etibarən Mərkəzi Bank günlük 5 milyon dollardan artıq pulu bazara çıxarmayacaq.

Mənbənin bildirdiyinə görə, AMB-nin belə bir addım atmasının konkret hansı iqtisadi əsaslara və ya göstəricələrə söykəndiyi məlum deyil. İstisna edilmir ki, sözügedən qurum dollar ehtiyatının azaldığından əndişələnərək, belə bir addım atmaq qərarına gəlib. Amma ekspertlər hesab edirlər ki, günlük təlabat 20 milyon dollar olduğu halda, bazara 5 milyon dollar çıxarılması manatın sürətli şəkildə dəyərdən düşməsinə gətirib çıxaracaq. Hətta bəzi ekspertlər hesab edirlər ki, bu şəkildə davam edərsə, manat indiki səviyyəsində ən azı 5 dəfə artıq dəyər itirmiş olacaq. Yəni, 1 dolları bazardan 5 manata almalı ola bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.