İş adamının qardaşı oğlunun intiharının şok təfərrüatları...

10-04-2015, 16:18           
İş adamının qardaşı oğlunun intiharının şok təfərrüatları...
Son vaxtlar cəmiyyətdə amansızlıqla törədilən qətllərin və intiharların sayı xeyli artıb. Ər arvadını öldürür, qardaş qardaşının başını kəsir, kimsə özünü binadan atır və s. İntihar hadisələrinin serial halını alması isə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ekspertlərin fikrincə, amansızlıqla törədilən cinayətlərin və intiharların sayının çoxalmasının əsas səbəbi cəmiyyətdə aqressivliyin artmasıdır.

Təbii ki, aqressivlik artanda, bu, ailə-məişət məsələlərinə də öz təsirini göstərir. Aqressivliyin əsas səbəbləri məişət şəraitinin ağır olmasına, iqtisadi çətinliklər, dünyada gedən proseslər, iqlim dəyişkənliyi və s. aid etmək olar. Ölkəmizdə dəhşətli intihar hadisələrindən biri də bu ilin yanvar ayının 15-də qeydə alınıb. Hadisə 7-ci mikrorayonda baş verib. Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emin Əli oğlu İmanov özünü odlu silahla güllələyib. Nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib. Maraqlıdır ki, intiharın səbəbləri barədə ictimaiyyətə bu günə kimi heç bir açıqlama verilməyib. İntiharın təfərrüatları barədə şok məlumatlar əldə etmişik. Adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, özünü öldürdüyü iddia edilən Emin İmanovun əmisi Nəbi müəllim paytaxtın tanınmış iş adamlarından biridir: "Nəbi adlı şəxsin geniş biznes şəbəkəsi mövcuddur. Bu şəbəkəyə Binəqədi şossesi 59 ünvanında yerləşən "Zəngəzur" şadlıq sarayı, "Zəngəzur" hamamı, dəyirman, zavod, dükanlar və digər iaşə obyektləri daxildir. Belə bir imkanlı şəxsin qardaşı oğlunun cavan yaşda canına qəsd etməsi bir qədər təəccüblü görünür. Təbii ki, Emini intihara sürükləyən səbəblər olub. Heç kim dayandığı yerdə özünü öldürmür. Ümumiyyətlə, onun özünü öldürməsi, yoxsa kim(lər)sə tərəfindən qətlə yetirilməsi ilə bağlı müəmmalar var. Yayılan məlumatlara görə, Emin İmanov özünü "Sayqa" tipli silahdan açdığı atəş nəticəsində öldürüb. Hətta bildirilir ki, intiharda istifadə olunan silah səliqə ilə Eminin meyidinin yanına qoyulub. Bu fakt Eminin özünü öldürməsini bir qədər sual altına alır. Çünki mərhum canına qəsd edibsə, silah səliqəli şəkildə onun yanında qala bilməzdi. Deyilənə görə, Emin İmanovun əmisi Nəbi müəllimə külli miqdarda borcu olub. Ölümündən bir müddət əvvəl isə əmisinə borclu olan Emin sıxıntı, stress keçirməyə başlayıb. Ehtimallara görə, mərhumun ölümünün əsas səbəbi məhz əmisinə olan borcudur. Emin İmanov özünü öldürdüyü gündən bir gün əvvəl qızını dərsə getməyə qoymayıb. Belə çıxır ki, o intihar edəcəyini əvvəldən planlaşdırıb və qızı ilə daha çox vaxt keçirmək istəyib. Qeydə alınmış ölüm işi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Kimi deyir Emin borcu olduğu üçün özünü öldürüb, kimi də onun öldürüldüyünü iddia edir". Mənbənin məlumatında həmçinin qeyd olunur ki, əslən Qərbi Azərbaycandan olan iş adamı Nəbi müəllim bir vaxtlar qardaşları ilə birlikdə Rusiyanın Tümen vilayətində işləyib: "Tümendə qazandığı pulları ilə Bakıda böyük biznes şəbəkəsi yaratmağa nail olub. Emin İmanovun intiharından bir neçə ay keçsə də, hadisənin başvermə səbəbi hələ də qaranlıq olaraq qalır. Mərhumun yas mərasimində edilən söhbətlərə görə isə, Eminin yaşadığı evin qiyməti 300 min manata yaxın olub və bildirilib ki, o bu mənzili sataraq problemlərini qismən yüngülləşdirə bilərmiş. Amma ona bu şansı yaratmayıblar". Söylənilənlərdən belə nəticəyə gəlmək olar ki, Emin İmanov özünə qəsd edəsi adam deyildi. Yəni deyilənlərə inansaq o iradəcə və psixoloji cəhətdən çox möhkəm olub. Ölüm hadisəsindən bir neçə gün sonra mərhumun əmisi Nəbi İmanovun yaxın dostlarının birindən 1 milyon dollar borc aldığı bildirilir. Gələn saylarımızda Emin İmanovun qətlindəki tükürpədici məqamlar və Nəbi müəllimin dostundan nəyə görə borc alması haqda qandonduran faktları açıqlayacağıq. Həmçinin iş adamının sərəncamındakı 100-AA-087 və 90-AA-087 dövlət nömrə nişanlı avtomobillərin sirrini açacağıq. Bizi izləyin. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.