Hacı Şahin: "Həccin yaşaması üçün Kərbəlaya gedilməlidir ki, HƏCC DİRİ QALSIN” - VİDEO

28-05-2017, 16:17           

Sosial şəbəkədə ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin bir xütbəsi geniş müzakirələrə səbəb olub.

Xütbəsində Hacı Şahin “Ərəfə günüdür, Allah camaatı Həccə toplayır. Hədisdə var ki, Allah ərəfə günü birinci Kərbəlaya baxır, əvvəl Hüseynin zəvvarlarını bağışlayır, sonra gəlir ərəfata. Həcci qibləgah edib müsəlmanlara. Amma sonra buyurub ki, kim bir dəfə Kərbəlanı ziyarət eləsə, 70 dənə qəbul olunmuş Həcc qədər savab olar. Mənası bilirsiz nədir? Mənası budur ki, yəni Həccə ruh verən Kərbəladır. Kərbəla olmasa Həccin mənası yoxdur. Ona görə İmam Hüseyn ağa Həcci yarımçıq qoyub Kərbəlaya getdi. İmam Hüseyin Həcci yarımçıq qoydu. Onunla bildirdi ki, mənim mübarizəm Həccdən çox mühümdür. Həccin yaşaması üçün mən gərək Kərbəlaya gedəm ki, Həcc diri qalsın. Həcc əhəmiyyətli yerdir, amma Həccin əhəmiyyəti bundadır ki, Kərbəlanı bizə tanıtdırır.

Görmüsünüz, şəhərlərin maketini düzəldirlər. Böyük şəhərin kiçik maketini düzəldirlər, baxırsan və şəhəri tanıyırsan. O maketin bir xeyri var ki, şəhəri sənə tanıtdırır. Həcc də Kərbəlanın maketidir. Kərbəlanı bizə tanıtdırmaq üçün… O, bu qədər qiymətlidir.

O daş ətrafında fırlanmaq bizə fədakarlıq dərsi vermirsə, o daşın ətrafında fırlanmağın büdpərəstlikdən nə fərqi var? İnsan o daş ətrafında, Kəbə ətrafında fırlanmaqla haqqa yaxınlaşmırsa, fədakarlıq dərsi almırsa… Kərbəla bizə bunu başa salır. Kərbəla həccin yox, İslamın ruhudur. Kərbəla vasitəsi ilə imam Hüseyn İslamı bütövlükdə qorudu. Həcc isə İslamın bir şöbəsidir” kimi fikirlər səsləndirib.

“A24.az” sözügedən görüntüləri təqdim edir:
[media=https://www.youtube.com/watch?v=TxqJtGJ3fz4]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.