Sığorta şirkəti yadplanetlilərin qaçırdığ insanlara ölənədək bu qədər pul ödəyəcək

5-08-2017, 13:54           
Sığorta şirkəti yadplanetlilərin qaçırdığ insanlara ölənədək bu qədər pul ödəyəcək
ABŞ-da yadplanetilərdən gözlənilən təhlükələrdən qorunmaq üçün qurulan sığorta şirkətinə artıq 20 mindən çox adam müraciət edib. Bir başqa şirkət isə UFO-lar tərəfindən qaçırıldığını konkret dəlillərlə təsdiqlədə bilən şəxslərə 1 milyon dollar vəd edib.

Moderator.az xəbər verir ki, UFO-ların varlığı və onların dünyayla bağlılığı rəsmi şəkildə elmi dəlillərlə təsdiqlənməsə də, elmi-kütləvi kitablarda və portallarda əsas mövzulardan birinə çevrilib.
UFO-lardan sığorta şirkətləri də kommersiya məqsədilə yararlanmağa çalışır. UFO-ların nə zamansa onları qaçıracaqlarından ehtiyat edən insanlar artıq bu kimi şirkətərə müraciət etməyə başlayıb. Onların sayı qısa müddətdə 20 mini keçib.

Florida ştatındakı məşhur Sanet Lourens Agency sığorta şirkəti bu prosesdə aktivliyi ilə seçilir. UFO-lardan qorunmaq üçün birdəfəlik sığorta haqqı olaraq 19 dollar ödəyən vətəndaş sonradan onlar tərəfindən qaçırıldığını əsaslandıra bilsə, ömrünün sonunadək hər il bir dollar müqabilində təzminat alacaq.
İllik təzminat dəyəri az olsa da, artıq iki nəfər şirkətə məktub yollayaraq, UFO-lar tərəfindən qaçırıldıqlarını əsaslandırmağa çalışıb. Şirkət onların dəlillərini qəbul edərək, illik bir dollarını ödəyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru