Bu ərzaq məhsullarının qiyməti bahalaşdı – Rəsmi

16-08-2017, 10:22           
Bu ərzaq məhsullarının qiyməti bahalaşdı – Rəsmi
2017-ci ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.
Baku.ws Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müqayisə olunan dövrdə bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsulları və həmçinin, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3% artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8% azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru