Almaniyada çalışan azərbaycanlı alim: “Lütfi Zadənin nəzəriyyəsi gələcəyimizin...”
19-08-2017, 09:58

Ötən həftə dünyada elmin ən böyük simalarından olan Lütfi Zadənin oğlu Norman Zadə atasının səhhətinin ağır olduğunu, dünyasını dəyişdikdən sonra Bakıda dəfn olunmasını vəsiyyət etdiyini bildirib. Təbii ki, biz elmdə yeni mərhələ yaradan alimə Allahdan can sağlığı arzulayırıq. Yaşından asılı olmayaraq, kimin nə zaman bu dünyadan köçəcəyi bizim səlahiyyətimiz xaricindədir... Amma bir hüquqi sənəd kimi vəsiyyətin də öz hökmü var. Həmin vəsiyyətdəki Azərbaycan sevgisi də yəqin, hamıya agah oldu. Zadənin Azərbaycana bağlılığı haqqında bir çox suallara aydınlıq gətirdi. Əsl elm brendi olan Lütfi Zadənin Bakıda dəfni bu şəhəri dünya elminin mərkəzlərindən birinə çevirmək gücündədir.
Almaniyada çalışan azərbaycanlı alim, Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr verən, elmi seminarlar və kolloqiumlar təşkil edən mütəxəssis Pərviz Əmiraslanov Moderator.az saytına açıqlamasında nə zamansa, Zadənin vəsiyyətinin icrasının Bakının beynəlxalq nüfuzuna nə dərəcədə müsbət təsir etməsindən danışıb:
“Olduqca böyük.... Pozitiv.... Ən azından bütün dünya biləcək ki, dahi Lütfi kim olub, haralıdır..... Bu barədə çox misallar gətirə bilərəm”.
Alim həmçinin, onun Vətəndə dəfn olunmaq istəyinə aqressiya ilə yanaşan insanlar barəsində də bir neçə cümləlik fikir bildirib:
Bu cür reaksiyaya səbəb insanların - o kəslərin ki, elmdən xəbərsizdirlər-intellektinin aşağı olmasıdır. Bunun başqa izahı yoxdur! Bu nəzəriyyəni bir çox avropa alimləri hələ də doğru anlaya bilmilər, çətinlik çəkirlər belə bir inqilabi nəzəriyyəni anlamaqda. Lakin Dahi Zadəyə çox böyük dəyər verirlər”.
P.Əmiraslanov sonda Zadəni dünyaya tanıdan “Qeyri-səlis məntiq” nəzəriyyəsi barədə də bir neçə cümlə əlavə edib. Alim həmin nəzəriyyəni gələcəyin nəzəriyyəsi adlandırıb:
“Mən Professor L. Zadənin nəzəriyyəsini klassik nəzəriyyə deyil, "GƏLƏCƏYİMİZİN NƏZƏRİYYƏSİ" adlandırıram. ALLAH Dəyərli Dahi Alimimizə can sağlığı nəsib etsin! Çox yaşasın və ondan pozitiv aura alaq, daha da əzmlə çalışaq”.