Gəncə sakini haqsızlığın qurbanı olub - ŞİKAYƏT VAR
14-04-2015, 11:38
Gəncə şəhər sakini Məhəmməd Qalamirzə oğlu Gəncəvi redaksiyamızın ünvanına məktubla müraciət edərək, vaxtilə başına gəlmiş hadisələrdən bəhs edir, və bildirir ki, haqsızlığın qurbanı olub. Vətəndaşın müraciətini bəzi ixtisarlarla diqqətinizə çatdırırıq.
Nəzərinizə çatdırım ki, 2005-ci il tarixində Gəncə şəhərində bəzi qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri vaxtlarda başıma gəlməyən müsibət qalmadı.
Belə ki, mən gecə növbəsində işdə olarkən, qapımın üstünə, sağ və sol tərəflərinə Azərbaycanın çox hörmətli şəxslərinin plakat şəkillərini F.Abdullayeva insanların gözü qarşısında cırıb evinə aparmışdır.
Bu xəbəri mənə, vaxtı ilə mənimlə qonşu olmuş 2 saylı poliklinkada süpürgəçi işləyən Nuridə Məmmədova iş yerimə gələrək vermişdir.
Bundan bir neçə gün sonra N.Məmmədova həyat yoldaşı olduğu halda, cinayət-axtarış müvəkkili B.Hümbətovun maşınında gecə saat 2 radələrində mənim iş yerimə gələrək plakatların cırılması xəbərini mənə demiş və məndən dönə-dönə tələb etmişlər ki, F.Abdullayevadan polisə şikayət edim. Lakin sonradan F.Abdullayeva işin ağır nəticələrə səbəb olacağını yaxşı başa düşdükdə V.Hümbətov və N.Məmmədova F.Abdullayeva ilə barışmışlar.
Bundan sonra, N.Məmmədovaya telefon edərək niyə belə etdiyini soruşduqda, o məni çox pis ifadələrlə təhqir etməyə başladı. Poliklinikanın qapısında üstümə mətbəx bıçağını çəkərək və məni ölümlə hədələyərək bildirdi ki, bir də sən plakat şəkillərinin F.Abdullayeva tərəfindən təhqir edilərək cırılması xəbərini V.Hümbətovla gecə yarı sənin iş yerinə gələrək xəbər verdiyimizi orda-burda danışsan, bu bıçağı sənin qarnına soxacam.
Daha sonra F.Abdullayeva cinayətkar qrupu mənim üstümə basqına göndərdi.
2 xəstə, yetim oğlan və qız uşağını vəhşicəsinə öldürüb qaçan residivist Akif Qasımov kimdir?
Nəzərinizə çatdırım ki, A.Qasımov ömrü boyu tüfeyli həyat sürən, ağır cinayətlər törədən, quş və balıq oğurluğu ilə məşğul olan qatı cinayətkardır. A.Qasımov 30 il bundan öncə valideynlərini Böyük Vətən müharibəsində itirmiş və uşaq evində böyümüş bir qızı aldadaraq Sadlı bağları deyilən yerə apararaq qız uşağı ilə cinsi əlaqədə olmuş, onu xüsusi amansızlıqla məftillə boğub öldürdükdən sonra barmağından üzüyünü çıxarmışdır. Xeyli axtarışdan sonra, A.Qasımov cəza alaraq 10 il müddətinə həbs olunmuşdur.
A.Qasımov azadlığa çıxdıqdan sonra düz yola gəlmək əvəzinə, yenə də tüfeyli həyat sürmüş, sərxoş halda şəhid ailəsinin xəstə və əlil olan tək uşağını, işlətdiyi sənədsiz və nömrəsiz motosikletlə vuraraq öldürüb qaçmışdır. Uzun axtarışlardan sonra Şahin adlı sahə müvəkkili tərəfindən tapılaraq camaatın gözləri qarşısında döyülə-döyülə şöbəyə aparılmışdır. Lakin cəza almamış, guya hadisəni o yox, oğlu Şirin etmiş, nəticədə Şirinə 5 il komendatura verilmişdir.
Bundan sonra A.Qasımov düz yola gəlmək əvəzinə yenə də pis əməllərindən əl çəkməyərək şər və böhtanlar atmaqla məşğul olmuşdu. O və onun həyat yoldaşı Ş.Qasımova mənə şər və böhtanlar ataraq şəhər prokurorluğuna şikayət edərək bildirmiş ki, guya mən biədəb hərəkət etmişəm.
A.Qasımovun oğlu Ceyhun şəhid ailəsinin tək oğlan uşağını aldadıb neft çəninə salaraq yandırıb öldürmüş, lakin cəza almamışdır.
Bundan sonra Ceyhun da atası kimi düz yola gəlmək əvəzinə, F.Abdullayevanın oğlunun 28 "şirvanlıq” velosipedini oğurlamışdır. A.Qasımovun Şahin adlı oğlu isə, qonşuluqda kirayədə yaşayan, həyat yoldaşını qaçqınlıq dövründə itirmiş Qərbi Azərbaycanlı 2 xəstə və əlil uşaq anası Günəş adlı qadının gözləri qarşısında 150 dollar pulunu götürmüşdür.
Nəzərinizə çatdırım ki, Sevda adlı vətəndaş özünün və İran Respublikasından gələn qohumunun çəkələtlərini A.Qasımovun ayağında görmüşdür.
A.Qasımov, onun həyat yoldaşı Ş.Qasımova və ailə üzvləri qatı cinayətkarlar olduqları halda dəfələrlə mənə şər və böhtan ataraq, şəhər prokurorluğuna şikayət edib bildirmişlər ki, guya mənə aid nələrisə bir qız uşağına göstərmişəm.
F.Abdullayeva kimdir?
F.Abdullayeva əxlaqsız əməllərinə görə Goranboy rayonunun Qazaxlar kəndindən qovulmuş bir qadındır. Qonşulara şər və böhtanlar ataraq həbs etdirən, ailələr dağıdan və polisə iş verən bir adamdı. F.Abdullayeva qanunsuz olaraq ailəvi yataqxanada komendant işləyir. Vəzifəsindən sui-istifadə edərək 4 otaqlı mənzili əxlaqsızlıq yuvasına çevirib. O, dələduzcasına adamları aldadaraq "yataqxana plana düşdü" adı ilə yataqxana otaqlarını saxta orderlərlə Sevda adlı qadına 600 dollara, onun xalasına 400 dollara, N.Məmmədovaya 110 "şirvana”, Xumara 20 "şirvana”, rus millətindən olan ər və arvada 40 "şirvana”, Raya adlı qadına, Taciqə, Almaza, Nisəyə, Çimnaza, Rasimə, Əli adlı 2 qardaşa, Samuxlu və Daşkəsənli bacılara və Rəhimin, Mehribanın evlərini vasitəçilik edərək, saxta ordenlərlə satmışdır.
F.Abdullayeva orta məktəbdə təhsil alan oğlunun attestatına yaxşı qiymətlərin yazılması üçün 29 saylı məktəbin direktor müavininə Əhməd adlı sürücünün vasitəsi ilə nələrsə vermişdi. Küt alətlə kimsəsiz qadınlar olan Sevda və Qəribə adlı sakinlərə xəsarət yetirmişdir. O, kirvəsinin ailəsini dağıtmaq adı ilə o kirvəsi ilə əlaqəyə girərək ona maşın almağa pul vermişdir.
Qazanc məqsədi ilə Bakıdan Dubay şəhərinə qadınları satmağa apararkən polis tərəfindən tutularaq tez də buraxılmışdır. F.Abdullayeva məhkəmədə Xəyal adlı gənci aldadaraq "sən hər şeyi boynuna al, mən səni buraxdıracam" deyərək, ona 6 il iş verdirərək aradan çıxmışdır. F.Abdullayeva 1-ci kürəkəni ilə yaşadığına görə, bundan xəbər tutan qızı özünü eyvandan ataraq özünü əlil etmişdir. F.Abdullayeva Ümummilli Liderimiz H.Əliyev cənablarının sırf düşməni olan XXI əsr Xalq hərəkatı partiyasının lideri Füzuli Məmmədov (Frenk Elkaponi) yaxınlıq edir.
Ona görə F.Abdullayeva 1990-cı ildə 4 yataqxana evini F.Məmmədovun ofisinə çevirərək, orda partiya sənədlərini, məramnamələrini gizlində saxlayaraq özü kimi adamları yoldan çıxararaq partiya üzvlüyünə adamlar toplamışdır.
Nəzərinizə çatdırım bu məlumatları mənə vaxtilə F.Abdullayeva ilə düşmən olan N.Məmmədova demişdir.
Nəzərinizə çatdırım ki, mən cinayətkarlar barəsində Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı E.Əzizov cənablarına şikayət etdikdə o mənə minnətdarlıq etmək əvəzinə, şikayətimə baxmamışdır.
Sonra məcburiyyət qarşısında qalaraq cinayətkarlar barəsində Şəhər Polis İdarəsinin keçmiş rəisi R.Musayev cənablarına şikayət etdim.
Nəzərinizə çatdırım ki, məcburiyyət qarşısında qalaraq cinayətkarlar barəsində keçmiş Şəhər prokuroru A.Vəliyev cənablarına şikayət etdim. O, E.Əzizovdan fərqli olaraq minnətdarlıq edib dedi ki, sən nə danışırsan, hörmətli şəxsləri təhqir etmək olar? Arxayın ol işə özüm nəzarət edəcəm. Amma səhəri gün məni yuxarıda adlarını çəkdiyim şəxslərin ayağına verib, biabırçı sanksiya ilə həbs etdirdi.
Mənə təsir edən odur ki, məhkəmədə cinayət-axtarış müvəkkili V.Hümbətov özünün yaxşı tanıdığı əxlaqsız və cinayətkar qadınları müdafiə etmək adı ilə mən həbs olunum deyə, utanıb-qızarmadan üzərimə böhtanlar ataraq dedi ki, "möhtərəm hakim, Məhəmməd dəli olub, şəkilləri qadınlar tualetinə vurmuşdu. Üstümə bıçaq çıxararaq məni vurmaq istəyəndə, qolunu buraraq, yerə yıxıb əlindən bıçağı aldım".
Mən V.Hümbətovun yalandan dediyi sözlərə dözə bilməyərək onu söydükdə, o gülümsədi. V.Hümbətova üzümü tutaraq deyirəm ki, kişi gərək kişiliyini, dəyanətini qorusun.
Daha sonra məhkəmədə həyat yoldaşı olduğu halda V.Hümbətovla gizlin yaşayan N.Məmmədova da mənə şər və böhtan ataraq dedi ki, "möhtərəm hakim şəkilləri Məhəmməd özü təhqir edərək cırıb".
V.Hümbətov Məhəmmədin əlindən bıçağı alanda mən və F.Abdullayeva gördük. Halbuki H.Məmmədova V.Hümbətovun maşını ilə gecə saat 2 radələrində 3 dəfə mənim iş yerimə gələrək, F.Abdullayevanın plakat şəkillərini sakinlərin gözləri qarşısında təhqir edərək cırması xəbərini vermişlər və məndən dönə-dönə tələb etmişlər ki, mən gedib F.Abdullayevadan polisə şikayət edim. İşin araşdırılması cinayət axtarış müvəkkili V.Hümbətova tapşırılsa da, o kimlərinsə göstərişi ilə, cinayəti ört-basdır etmişdir.
Daha sonra məhkəmədə 10 nəfər polis işçisi istintaq tədqiqat bölməsinin müdiri F.Ağayev müstəntiqlər R.Mürşüdov, S.Sadıqov və nəyinsə müqabilində üzə duran Azad adında işverən, V.Hümbətovun yalandan dediyi sözləri təsdiq etdilər. Beləliklə də, hakim C.Babayev hökmdən çəkinmədən məni cinayətkar F.Abdullayevanın və N.Məmmədovanın ayağına verib 4 il 6 ay azadlıqdan məhrum etdilər.
(Ardı var)