Tariyel Əkbərovun Mehriban xanım Əliyevanın apardığı siyasətinə kölgə salmaq marağı - MÜRACİƏT

25-08-2017, 22:21           
Tariyel Əkbərovun Mehriban xanım Əliyevanın apardığı siyasətinə kölgə salmaq marağı - MÜRACİƏT
Öncə qeyd etmək gərəkdir ki, Azərbaycanın I-ci Vitse-Perzidenti Mehriban xanım Əliyeva azərbaycanlı körpələri himayəsinə götürərək onların qayğısına qalır. Heydər Əliyev Fondunun və dövlət dəstəyini onlardan əsirgəmir. Möhtəbər addımları ilə xalq tərəfindən sevilən və xalqın ümud mənbəsyi olan Mehriban xanım Əliyeva dəfələrlə çıxışlarında fondun və dövlətin qayğısı həmişə xəstə və imkansız ailələrdə olan körpələrə yardım edəcəyini bildirmişdir. Hətta Prezident İlham Əliyevdə eyniylə çıxışlarında dövlət qurumlarına tapşırıq verərkən dəfələrlə qeyd etmişdir ki, xəstə uşaqların mənzilərində xidmət göstərilməsi zərurəti zamanı təxirə salınmaz addımlarla məsələyə reaksiya verərək yardımlarını etsinlər. Bu gün BakuNews.az-a üz tutan Masallı rayon sakini Bəhramlı Mirzə Bəhmən oğlu övladı ilə bağlı media vasitəsi ilə Ulu öndərin siyasi kursunun davamçısı Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etmək qərarına gəlib.

Hörmətli Mehriban xanım Əliyeva!

Yazıb diqqətinizə çatırmaq istəyirəm ki, mənim övladım Bəhramlı Fidan Mirzə qızı anadangəlmə Sindiromal pozğunluq nəticəsində nitq,psixi, gəzmək qabilyətinin ləngiməsi xəstəliyi ilə mütəmaddi olaraq müaəlicə almaqdadır. Diqqətinizə çatırım ki, 3 ildir övladım Fidana Masallı rayon RTŞ tərəfindən müəllim ayrılaraq evdə təhsil alması təmin edilmişdir. Bu il eyni müraciətlə RTŞ müraciət edərək bu ilki təhsil proqramı üzrə övladdıma müəllimə ayrılmasını xahiş etdim. Amma mənə RTŞ-nin müdir müavini mənə bildirdi ki, Təhsil Nazirliyi sizin uşağınız üçün müəllim ayrılmasına izin verməyib. Mənədə məlum olmayan və səbəbinin gizlədildiyi bu xəbərdarlığın niyə edildiyini anlamış deyiləm hələdə. Mehriban xanım Əliyeva sizdən dönə dönə xahiş edirəm mənim xəstə anadan gəlmə sindromlu övladımın təhsil almasına yardımcı olasınız. Təhsil Nazirliyinin adından heç bir rəsmi cavab təqdim etmədən mənə rədd cavabı verən Masallı Rayon Təhsil şöbəsinin müdir müavini bildirib ki sizin övladınıza müəllim ayrılmayacaq.





P.S. Bakunews.az xəbər verir ki, Masallı rayon sakini tərəfindən redaksiyamıza daxil olan məlumatda Təhsil Şöbəsindən narazı düşən və övladının təhsil almasına maniyyələr olduğ qeyd edilir. Beləki, Masallı RTŞ-nin müdir müavini səlahiyyətlərini aşaraq vətandaşlardan haqq toplamaq qərarına gəlib. RTŞ-nin müdiri Tariyel Əkbərov müavininə söz keçirə bilməməsi artıq rayonda narazılıqlara səbəb yaradır. Behramlı Mirzə Bəhmən oğlu övladının təhsilinə maniə yaradan bu şəxslərin övladlarımızın təhsil almasına yaratdıqları suni maniyyələr mövcudur.

Apardığımız arşdırmalardan müəyyən olub ki, Bəhramlı ailəsinin üzləşdiyi bu problem tək onların yox bütün Masallı rayonunda olan xəstəliklərdən əziyyət çəkən uşaqların valideynləri eyni tərzli cavab alıblar. Amma daha sonra “şirinlik” qarşılığında onların hər birinin ayrılıqda məsələsi həll edilib. Təhsil Nazirliyi tərəfindən xəstəliklərdən əziyyət çəkən uşaqlara dərs deyən müəllimlərin məvacibləri iki qat ödənildiyi halda Masallı RTŞ-si bunu inkar edir və nazirlik tərəfindən ödəniş edilmədiyini qeyd edir. T.Əkbərovun idarəçiliyi itirməsi və nazirliyin rəsmi qərarı olmadan, qeyri rəsmi olaraq özündən qaydalar kəşf etməsi, dövlət siyasətini bilərəkdən əleyhinə çıxmaq və bu aparılan islahatların qarşısını alaraq xalqı dövlətdən narazı salmağa yönəlmiş addımlardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.