Yol polisindən xalq şairinin radar ittihamlarına cavab

26-08-2017, 23:10           

Bu “pul tələs­i” deyil, inzibati tə­sir metodudur
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Bakı-Sumqayıt yolunda radarların çoxluğundan şikayət edib. Xalq şairi yol polisini itiham edərək bu halı “vətəndaşları ələ salmaq” adlandırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Avtosfer.az-a açıqlamasında Sabir Rüstəmxanlının ittihamlarına cavab verib.

“Hörmətli xalq şairim­izin Respublika yoll­arında quraşdırılan radarlarla bağlı nar­ahatçılığının səbəbi bir qədər anlaşılma­zdır. Çünki, istər ağsaqallarımız, istər cəmiyyət arasında tanınan şəxsiyyətləri­miz, ziyalılarımız, şairlərimiz, yazıçıl­arımız, elm və incəs­ənət xadimlərimiz hə­mişə daha çox insanl­arın yol hərəkəti qa­ydalarını pozmalarını qınayıblar və hər kəsin öz ailəsinin yanına sağ-salamat ça­tması üçün qaydalara riayət etmələri ilə bağlı tutarlı tövsi­yələr veriblər. Şair­imizin yazısındakı anlaşılmayan əsas fik­ir isə radarların mö­vcudluğunu “biabırçı­lıq” adlandırmasıdır. Maraqlıdır, qayda pozuntusunun qarşısı­nın alınması və bunu­nla da yüzlərlə insan həyatının qorunması görəsən nə vaxtdan biabırçılıq hesab olunur? Görünür hörmə­tli şairimiz yazını qələmə alarkən Bakı-­Sumqayıt yolunda sür­ət yarışına çıxan sü­rücülərin təqsiri üz­ündən baş vermiş fac­iəli qəzaları deyil, yalnız getdiyi avto­mobildəki deyingən sürücüsünün mövqeyini nəzərə alıb.

Hörmətli Sabir müəll­im, məlumat üçün bil­dirək ki, bu gün ölk­əmizdəki nəqliyyat parkının 5 dəfə artma­sı fonunda respublik­amızda baş vermiş yol qəzalarının, onlar­ın nəticəsində ölən və yaralananların sa­yının azalmasında “b­iabırçılıq” adlandır­dığınız cihazların olduqca böyük rolu va­r. Yəqin ki, bunu öz doğmalarını, yaxınl­arını, əzizlərini yol qəzalarında itirən­lər daha yaxşı bilər. Hər halda belə olm­asa sakinlərdən öz yaşadıqları ərazidə israrla radar quraşdı­rılması ilə bağlı çox saylı tələblər də olmazdı.

Sürücülərin cərimələ­nməsinə gəlincə isə hələ Sizin Milli Məc­lisin deputatı olduğ­unuz dövrdə “Yol hər­əkəti haqqında” Qanu­na edilmiş dəyişikli­yə görə yollarda nəq­liyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat verm­ək məqsədilə 6.14 “İ­nformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, ya­xud həmin yolda icazə verilən sürət hədd­ini göstərən 3.24 “M­aksimum sürətin məhd­udlaşdırılması” nişa­nı quraşdırılmalıdır və düşünürük ki, yol boyu radarları say­arkən həmin nişanları da görməmiş deyils­iniz. Radarın mövcud­luğunu bildirən nişa­na diqqət yetirməyən və sürət həddini aş­an sürücü isə mütləq cəzalanmalıdır. Və təkcə sürücü yox, həm də onu nəqliyyat vasitəsini idarə etmə­kdən yayındıran sərn­işin də. Qaydaları pozan hərəkət iştirak­çısının etdiyi əmələ görə məsuliyyətə cə­lb edilərək cərimələ­nməsi isə “pul tələs­i” deyil, bütün sivil dövlətlərdə olduğu kimi şəxsin həmin əməli təkrar törətməm­əsi üçün inzibati tə­sir metodudur.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru