Razim Məmmədov yenə də əlinə mişar alıb... - Xətaidə yaşıllıqlar məhv olunur

14-04-2015, 21:36           
Razim Məmmədov yenə də əlinə mişar alıb... - Xətaidə yaşıllıqlar məhv olunur
Razim Məmmədovun ərazi alış verişi-sakinlər prezidentdən yardım istəyir. Xətai rayonu Sabit Orucov küçəsi 8a-da yerləşən binanın sakinləri redaksiyamıza müraciət edərək saytımız vasitəsi ilə ölkə prezidenti İlham Əliyevdən kömək istəyirlər. Sakinlər bildirirlər ki, onların yaşadıqları binanın qarşısı icra hakimiyyəti tərəfindən hasarlanıb və evlərinə gediş gəliş üçün bütün yollar demək olar bağlanıb.

Şikayətçilər qeyd edirlər ki, binada hər hansı bir hadisə baş verərsə nə təcili yardım maşını,nədə yanğın söndürən maşınların əraziyə heç cür gəlmək imkanları olmayacaq. Binanın bir tərəfi isə hansısa bir şirkət tərəfindən hasarlanıb həmin ərazidə otel tikilir. Yerdə qalan hissəsini isə icra hakimiyyəti hasarlayaraq bizi muasirəyə alıb. Sakinlər icra hakimiyyətinin işçiləri binanın qarşısında uşaq meydançasının yerində park salınacağını demişdilər. Buna görə meydançanın ətrafındakı qarajları sökdülər, iki ağacı gecə ikən dibindən çıxardıb yox etdilər.

Lakin indi məlum olur ki, icra hakimiyyəti onları aldadıb və əslində ərazini rayon icra başçısı Razim Məmmədov hansısa iş adamına satıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.