Elmar Vəliyev də Rəsulzadənin heykəlinin başına torba keçirdib... - FOTO

15-04-2015, 12:32           
Elmar Vəliyev də Rəsulzadənin heykəlinin başına torba keçirdib... - FOTO
Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəyə qarşı hakimyyət dairələrinin qısqanclığı davam edir. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvəl Bakı Metropoliteninin rəhbərliyinin göstərişinə əsasən «Ulduz» metrosunun yaxınlıında ucaldılmış Rəsulzadənin büstü dağıdılmışdı. Sonradan Metropoliten rəsmiləri açıqlama verərək bildirdilər ki, həmin ərazidə abadlıq işləri aparıldığından heykəli çıxarıb, aparıblar və yenidən yerinə qoyacaqlar.

Bakıdan fərqli olaraq, Gəncədə isə vəziyyət daha qəlizdir. TEREF.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, Gəncə Dəmiryoluçuların Mədəniyyət və İstirahət Parkında ucaldılmış Məmməd Əmin Rəsulzadənin heykəlinin başına torba keçirilib. 1 ilə yaxındır belə vəziyyətdə olan heykəlin üzərinin bu şəkildə bağlanılmasının tapşırığını isə icra başçısı Elmar Vəliyevin verdiyi deyilir.

Məlumatda deyilir ki, Vəliyevin heykəllə bağlı daha bir tapşırığı var. Belə ki, Gəncənin icra başçısı bildirib ki, Rəsulzadənin heykəlinin başına keçirilmiş torba onun icazəsi olmadan çıxarıla bilməz. Həmin parçanı götürən şəxs dərhal cəzalandırılacaq.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mehman Eldaroğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.