Reyhan Camalovanın uğuru..
2-12-2017, 10:59

Reyhan Camalova Bakıda təmtəraqla qarşılandı. Lap yaxşı, çox gözəl. Böyük bir elmi tədbirdə, simpoziumda onun adını şəxsən İvanna Tramp özü çəkdi.
Nə ixtira edib bu gənc qız? Dünyada karbohidrogen ehtiyatlarının, neftin, qazın get-gedə tükəndiyi bir zamanda adicə yağışdan, göydən Bakının küçələrinə, yollarına, prospektlərinə yağaraq oranı keçilməz gölməçəyə, selə, nohura çevirən su damlalarından enerji almağı bacarıb.
Bu qızın böyük audotoriyaya təqdim etdiyi 22 led lapanı işıqlandıran 22 vatlıq kiçicik protativ cihaz daha böyük layihələri həyata keçirmək istəyən balina investorların, nəhəng yatırım şirkətlərinin diqqətini belə cəlb edib.
Yağış enerjisindən günəşsiz, yağmurlu havada fotoelektrik batareyaların köməksiz vəziyyətə düşdükdə yararlanmaq mümkündür. İş prinsipi elə də qəliz deyil.
Məsələn, yağış suyu plastik lövhənin üzərinə tökülür, dəyib-qalxan damcı effektindən elektrik cərəyanı yaranır. Burada, damcıların tezliyindən, sürətindən və toplayıcı lövhənin diametrindən çox şey asılıdır. Həm də, hər bir hamar səth, evlərin damları, küçələr, yollar, hətta insanlar belə enerjitoplayıcı funkisya yerinə yetirə bilərlər.
Bir şeyə təəsüf edirəm. Heyif ki, bu cür istedadları məşhurlaşandan, tanınandan, yüksək tribunalarda adı çəkiləndən sonra fərqləndirməyə başlayırıq. Adını yalnız ABŞ prezidentinin qızı dilinə gətirdikdən sonra diqqətə alırıq.
Vüsal Bağırlı
teref.az