Millət vəkili: "Konkret olaraq "Stomatoloji xidmət haqqında" qanun hələ parlamentdə yoxdur və belə bir qanunun yazılması çox vacibdir" "Konkret olaraq "Stomatoloji xidmət haqqında" qanun hələ parlamentdə yoxdur və belə bir qanunun yazılması çox vacibdir".
Sputnik Azərbaycan xəbər verir ki, bu təklifi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında millət vəkili Məlahət İbrahimqızı irəli sürüb.
Onun sözlərinə görə, Azərbaycanda səhiyyədə özəlləşmə islahatlar ilə bağlı artıq öz fəaliyyətlə məşğul olan stomatoloji məntəqələr var: "Bu da müxtəlif xəstəliklərin, xüsusilə, hepatit C-nin yayılmasına ciddi təhlükə yarada bilər. Belə bir qanunun yazılması mümkündür".