Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

24-01-2018, 11:48           

"Qəbələ”nin prezidenti Tale Heydərov "Əlincə”nin bazasını almağa hazırlaşır.


teref.az fanat.az-a istinadən verdiyi məlumata görə, klub prezidenti 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır.

Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi. Fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.

Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.