Qanunda dəyişiklik: Ləğv edilən dövlət rüsumlarının siyahısı

14-02-2018, 14:20           
Qanunda dəyişiklik: Ləğv edilən dövlət rüsumlarının siyahısı
Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün verilən dövlət rüsumları ləğv edilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə görə, qanunun 18.35 – 18.47-ci maddələri ləğv edilir . Mövcud qanunvericiliyə görə, əmtəə nişanı üçün – 45 manat, coğrafi göstərici üçün - 30 manat, kollektiv nişan üçün - 60 manat, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə almması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün - 30 manat, Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat, Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat, İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün - 10 manat, iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat, iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat, qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat, qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat, Qeydiyyata alınmış əmtəə nişanma dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün - 60 manat, bir ədəd əmtəə nişanı üçün - 80 manat, bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün – 50 manat, Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün - 11 manat dövlət rüsumu ödənilir.

Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün: Əmtəə nişanı üçün - 95 manat, coğrafi göstərici üçün - 45 manat, kollektiv nişan üçün - 145 manat, Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün: əmtəə nişanı üçün - 5 manat, coğrafi göstərici üçün - 5 manat, kollektiv nişan üçün - 5 manat, Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün - 20 manat, Patent müvəkkillərinin qeydiyyata alınması üçün - 5 manat, Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat, Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün - 5 manat dövlət rüsumu ödənilir.

Dəyişikliyə görə isə yuxarıdan göstərilənlərə görə dövlət rüsumu ləğv edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.