Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb

15-02-2018, 08:37           

Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə dörd ixtisas qrupu üzrə ixtisasların sayı artırılıb.



APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti ““Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda etdiyi dəyişikliklərdə əksini tapıb.



Beləliklə, I ixtisas qrupu üzrə İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib. I ixtisas qrupu üzrə 6 yeni ixtisas - İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Şəhərsalma və Şərabçılıq ixtisasları siyahıya daxil edilib. II ixtisas qrupu üzrə Davamlı inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV ixtisas qrupu üzrə Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupu üzrə Məşqçi (idman növü üzrə) və Rəqs müəllimliyi ixtisasları siyahıya əlavə edilib.



Ali məktəblərə növbəti qəbul imtahanları zamanı abituriyentlər yeni yaradılmış bu ixtisasları seçə biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru