Bu dəfə vətəndaş DİN və prokurorluğa təşəkkür etdi - Müraciət

6-03-2018, 12:15           
Bu dəfə vətəndaş DİN və prokurorluğa təşəkkür etdi - Müraciət
Şuşa rayonunun Göytala kəndindən məcburi köçkün Orucov Nazim Gəncəli oğlu DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemi obyektiv araşdıraraq həll etdiklərinə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlıq edir.
“Təzadlar”a daxil olan təşəkkür məktubunda deyilir:
“Mənim barəmdə əsassız olaraq qaldırılmış cinayət işinin obyektiv araşdırılaraq düzgün istintaq tədbirləri həyata keçirdiklərinə görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Namiq Qocayevə, müstəntiq Anar Miralayevə, Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Ceyhun Rəhimova, həmçinin Səbail rayon prokuroru Natiq Əsədova, prokurorun sabiq köməkçisi Emin Nəsirova və Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevə öz dərin təşəkkürümü bildirirəm.
Çox məmnunluq duyuram ki, DİN, prokurorluq və ədliyyə orqanlarında bu cür yüksək nizam-intizama malik əməkdaşları, peşəkar və operativ kadrları çalışır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.