“Acından ölən” ermənilər Kəlbəcərin kəndində belə bir icma mərkəzi tikdi... - FOTO

6-03-2018, 16:17           
“Acından ölən” ermənilər Kəlbəcərin kəndində belə bir icma mərkəzi tikdi... - FOTO
25-ci ildir ki, işğal altında olan Kəlbəcər rayonunun”Hetavan” adlandırılmış Qozlu körpü kəndində icma mərkəzi binasının tikintisi bitmək üzrədir.

Moderator.az “KarabakhTV”-yə istinadla yazır ki, bu haqda erməni müxbirlə söhbəti zamanı “Hetavan icmasının rəhbəri” kimi təqdim edilən Ararat Zakaryan məlumat verib.

“Bu, ikimərtəbəli çoxfunksiyalı bir binadır. Burada kəndin inzibati rəhbərliyi, iclas zalı, kitabxana, kompüter zalı və s. yerləşdiriləcəkdir. Bina mebellə təchiz edilmiş, istilik və havalandırma sisteminə malikdir”, - deyə A. Zakaryan bildirib.

Azərbaycan kəndinin erməni “icma başçısı” bildirib ki, 25 ildir ki, 400 nəfər, əhalisi olan Hetavan kəndinin inzibati rəhbərliyi məktəbin siniflərindən birində yerləşir.
“2017-2018-ci tədris ilində məktəbdə 88 şagird və 63 məktəbəqədər yaşda uşaq təhsil alır. Amma kənddə uşaq bağçası yoxdur. İcma mərkəzinin fəaliyyətinin başlanmasından sonra məktəb binasının bir hissəsindən uşaq bağçası kimi istifadə etmək planlaşdırılır “, - A. Zakaryan deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru