“Nar Mobile” abunəçiləri keyfiyyətsiz xidmətdən şikayət edir
12-09-2015, 23:08
Zəng etmək mümkün deyil
Azərbaycanda fəaliyyət göstərən GSM standartlı “Nar Mobile” mobil operatoru dünən axşam saatlarından abunəçilərinə keyfiyyətsiz xidmət təqdim etməyə başlayıb. Abunəçilərin şikayətlərinin məğzi eynidir: zənglər getmir və daxil olmur. Bəziləri isə rabitə xidmətindən istifadə etməyə müvəffəq olsa da, əlaqənin keyfiyyəti bərbad olub və müəyyən qırılmalar müşahidə olunub. Hazırda “Nar Mobile” nömrələrindən yalnız təcili zənglər etmək mümkündür. Cəhdlərimizə baxmayaraq, “Nar Mobile” şirkətinin nə rəhbərliyi, nə də mətbuat katibliyi ilə əlaqə saxlamaq mümkün olmadı. Xatırladaq ki, “Azerfon” şirkəti fəaliyyətinə 2007-ci ilin 21 mart tarixində “Nar Mobile” ticarət nişanı ilə başlayıb. Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur. /olke.az