Bu şirkət ixtisarlara başladı: 11 min işçi
17-04-2015, 17:59
Neft şirkətlərinin qazma fəaliyyətinin və sərmayələrinin azalması üzündən “Şlumberger” işçilərini ixtisar edəcək. İlin əvvəlindən şirkəti işçilərin 15%-i tərk edə bilər.
Axar.az Caspian Barelə istinadən xəbər verir ki, dünyanın ən böyük neft-servis şirkəti “Şlumberger” daha 11 min əməkdaşını ixtisar edəcək.
İşdən çıxarılanların sayı 20 min təşkil edəcək. Şirkət bu qərarı gəlirlərin azalması üzündən qəbul edib.
Şirkətin rəhbəri Pal Kibsqard bu addımları neft qiymətlərinin düşməsi və sərmayələrin azalması üzündən Şimali Amerikada qazma fəaliyyətinin azalması ilə izah edib. O bildirib ki, ilin əvvəlindən ixtisar edilən işçilərin sayı ümumi işçilərin 15%-ni təşkil edib.
Bundan əlavə şirkətin fəaliyyətinə Liviya və İraqdakı qarışıqlıq və Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar da öz təsirini göstərib. İşçilərin işdən azad edilməsi ilə əlaqədar şirkət 296 milyon dollar siləcək.
Qeyd edək ki, “Şlumberger” şirkətində dünyanın 85 ölkəsindən 120 min işçi çalışır.