Zakir Fərəcov Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasını bağladı

14-09-2015, 17:33           
Zakir Fərəcov Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasını bağladı
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda 8-ci mikrorayonda fəaliyyət götərən və camaat arasında "ucuz bazar" kimi tanınan kənd təsərrüfatı məhsulları yarmarkasını bağlayıb. Bu barədə Moderator.az-ı Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb icra başçısının yarmarkanın mövcud durumundan, təmizlik və təmir səviyyəsindən narazı qalması olub.
Mənbənin məlumatına görə, qeyri-müəyyən vaxta qədər fəaliyyəti dayandırılan yarmarka ərazisində əsaslı təmir işlərinin görüləcəyi, təmizlik-sanitariya baxımından yenidən qurulacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru