Daha bir ticarət obyekti fırıldaq və kələkbazlıqda ittiham olunur - ŞİKAYƏT VAR
15-09-2015, 10:55
Paytaxtda fəaliyyət göstərən marketlərin demək olar ki, əksəriyyəti vətəndaşlara normal xidmət göstərmir.
TİA.AZ Zabrat qəsəbəsində yerləşən Siqma MMC-yə məxsus “Gross” marketlə bağlı neqativ xəbərlər gəlməkdədir. Market istehlakçıları aldatmaqla məşğuldur. Birincisi, qiymət kələkbazlığıyla məşğul olurlar.
Məhsullara vitrində başqa qiymət vururlar. Müştərilər kassaya yaxınlaşdıqda isə başqa qiymətlərlə rastlaşırlar.
Bu yolla market rəhbərliyi yüksək gəlir əldə etməyə çalışsa da, digər tərəfdən marketdən müştərilərin qaçmasına səbəb olur. Ona görə də bu gün sözügedən ticarət obyektində müştəri qıtlığı yaşanır.
Müştərilərin "Gross" marketə getməməsinə səbəb hüquqlarının pozulmasıdır. Manatın devalvasiyasından bəri sözügedən ticarət obyektində satılan məhsullarda hər gün artımın müşahidə edildiyi deyilir.
O da bildirilir ki, "Gross" market don vurmuş məhsulların satılması ilə məşğuldur. Vətəndaşlar məhsulları alıb evə aparandan sonra aşkar olunub ki, məhsulları don vurub. Təəssüf ki, müştəri məhsulu geri qaytarmaq istədikdə isə market rəhbərliyinin kobud münasibətiylə qarşılaşır. Məhsulların həmin marketdən alınmadığı deyilir. Təəssüf ki, bu kimi halların sayı artmaqda davam edir.
Xatırladaq ki, məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi 21 fevral 2015-ci il tarixindən gücləndirilmiş nəzarət tədbirlərinə başlayıb. Lakin süni qiymət artıranların sayı durmadan artır.