Yerini yalnız əmioğlusuna etibar edə bilərdi... - Kürdəmir dairəsində «əmioğlu» sindromu

16-09-2015, 14:57           
Yerini yalnız əmioğlusuna etibar edə bilərdi... - Kürdəmir dairəsində «əmioğlu» sindromu
Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində iştirak edəcək namizədlərini açıqladıqdan sonra 18-ə yaxın köhnə deputatlara yer verməyib. Amma onların bəzilərini elə köhnələrin yaxınları ilə əvəz etməyə çalışıb.

JAM.AZ xəbər verir ki, 57 saylı Kürdəmir Seçki Dairəsindən namizəd olmuş deputat Fərhad Qəribovun da adı yeni siyahıda yoxdur. YAP-ı bu seçikilərdə sözügedən dairədə Nizami Qəribov əvəz edəcək.

Nizami Qəribov kimdir? JAM.AZ-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs deputat Fərhad Qəribovun əmisi oğludur. Hətta bu şəxsin uzunmüddətdir bölgədə Qəribovlara vəkillik etdiyi, deputatın bütün işlərini həyata keçirdiyini də deyirlər.

Sonuncu, 2010-cu ildə keçirilən parlament seçkilərində isə Fərhad Qəribovun səs yığması üçün dəridən-qabıqdan çıxan Nizami Qəribov, bütün məntəqələrdə saxtakarlıqların əsas baiskarı kimi ad çıxarıbmış.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.