XXI əsrin "analoqu olmayan" məktəbləri Azərbaycanda - FOTOLAR

17-09-2015, 20:52           
XXI əsrin "analoqu olmayan" məktəbləri Azərbaycanda - FOTOLAR
Azərbaycanda təmirli məktəblərlə yanaşı, qəzalı vəziyyətdə olan məktəblər də az deyil.

ANS PRESS-in məlumatına görə, ölkəmizdə hər cür şəraitlə təmin edilmiş müasir standartlara cavab verən məktəblərə də rast gəlirik, istifadəyə tam yararsızlarına da. Bunlardan biri də İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbidir. Bu tədris ocağında dərs keçənlər daim təhlükə altındadırlar.

Müəllimlər deyirlər ki, dərsi qorxu içində keçirik, uşaqlar da qorxurlar, özümüz də.

İmişli rayonun Qızılkənd kənd tam orta məktəbinin vəziyyəti:



Lakin bərbadə vəziyyətdə olan təkcə bu məktəb deyil, Lənkəran rayonunun Zövlə kənd orta məktəbi, Tərtərin Azad Qaraqoyunlu kənd orta məktəbi, Quba rayonunun Zərqava kənd orta məktəblərini də buna misal göstərmək olar. Adı çəkilən təhsil ocaqlarının divarları uçub, tavanlarıb çöküb, sınıq pəncərələrə karton, selofan örtük vurulub və s. Bütün bu problemlər dərs prosesinə mane olmaqla yanaşı, şagirdləri ümumiyyətlə məktəbə gəlməkdən çəkindirir.

Məktəbin qəzalı vəziyyəti şagirdlərin dərsə davamiyyətində çətinliklər yaradır. Bu, xüsusilə, payız və qış fəslində, yağıntılı və soyuq hava şəraitində daha çox hiss olunur. Şagirdlər ya məktəbə gəlmirlər, gələnlər isə soyuq otaqlarda dərs keçməyə məcbur olurlar.

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov məsələyə aydınlıq gətirdi: "Bütün məktəblər, istər şəhərdə olsun, istərsə də, rayonlarda və ya kəndlərdə, hər biri mərhələli şəkildə lazım olsa, təmir olunacaq, lazım olsa, yenidən tikiləcək."

Cəsarət Valehov - Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini

Belə problemlərin hələ də mövcud olduğu bir vaxtda Azərbaycanda təhsil sisteminin sürətli inkişafından danışmaq çətindir.
Bu cür şəraitdə təhsil alan şagirdlərin gələcəkdə yüksək nəticə əldə etməsi şübhə doğurur. Bu isə ümumilikdə Azərbaycanda təhsil sisteminin inkişafına deyil, geriləməsinə gətirib çıxara bilər. Ona görə də, tək paytaxt və rayon markəzlərində deyil, ucqar kəndlər də yeni və müasir standartlara cavab verən təhsil ocaqlarının tikilməsi vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.