Dövlət Statistika Komitəsi deyir: Əhalinin gəlirləri artıb

17-09-2015, 21:05           
Dövlət Statistika Komitəsi deyir: Əhalinin gəlirləri artıb
Bu ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 26,67 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən TİA.az -a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,6 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 75,02 faizi son istehlak xərclərinə, 9,54 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,77 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,67 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,13 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru