Abbasova bağlı deputat yenə seçkiyə gedir
17-09-2015, 21:12
Biznesmen deputat Mahir Aslanov yenə namizədliyini irəli sürüb.
TİA.AZ-ın məlumatına görə, bitərəf deputat 96 saylı Goranboy - Naftalan seçki dairəsindən parlament seçkilərində iştirak etmək qərarı verib.
M.Aslanovun bir çox sahəni birləşdirən çox böyük biznes şəbəkəsi var. O, «Kəpəz Group»un sahibi kimi, tikintidən tutmuş, mebel satışına qədər, bir çox fərqli sahəyə nüfuz eləyib.
Şirkətin rəsmi saytında yazılana görə, "Kəpəz Group” fəaliyyətinə 1992-ci ildə başlayıb. "Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşımacılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrindən fəaliyyət göstərir.
Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan , Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Şirkətin rəsmi saytında da yazıldığı kimi, "Kəpəz” bir çox sahəni özündə birləşdirən geniş biznes əhatə dairəsinə sahibdir.
Məlumatlara görə, hazırda M.Aslanovun onlarla iri yük daşımacılığı ilə məşğul olan TIR-ları var.
Həmçinin, İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi” də deputat məxsusdur. Məlumatlara görə, deputatın Bakıda bir neçə hündür mərtəbəli göydələnləri də var. Bunlardan əlavə, "Kəpəz” Otel də M.Aslanova məxsusdur.
"Happy İnn” otellər şəbəkəsinin də biznesmen deputat məxsusdur. Üstəlik, biznesmen-deputatın baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla çox ciddi ortaq biznesi də var.
Elə Mahir Aslanovun da ən çox qorxduğu məqam buddur. O, Abbas Abbasovla biznes əlaqələrinin hakim dairələrdə bərk narahatlıq yaratmasından ehtiyatlanır.