Almaniyadakı körpülərin yoxlanışı ilə bağlı nəticə açıqlanıb

17-08-2018, 07:30           
Almaniyadakı körpülərin yoxlanışı ilə bağlı nəticə açıqlanıb
İtaliyanınn Genuya şəhərində baş verən körpü faciəsindən sonra Almaniyada körpülərin yoxlanışına başlanılmışdı. AzEuroNews.com xəbər verir ki, Almaniya Federal Magistral Yol Araşdırma İnsitutu (BASt) ölkədəki körpülərlə bağlı apardığı yoxlanışın nəticələrini açıqlayıb.

Sözügedən insitutdan verilən açıqlamaya görə, Almaniyada 40 mindən çox körpü var. Həmin körpülərdə aparılan yoxlamaların nəticəsində məlum olub ki, onlar tam dayanıqlı və təhlükəsizdirlər.


“BASt”nin hesabatına görə, Almaniyadakı körpülərin 87 %-i tam mükəmməl dayanıqlığa sahibdir, 10 %-i dayanıqlıdır, 2%-i isə, risk təşkil etməyəcək qədər dayanıqlıdır.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünün dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.