"Təkcə bir dəfə fotosessiyada soyunduğum üçün məni polisə çağırıblar..." - FOTOLAR

9-01-2021, 09:46           
"Təkcə bir dəfə fotosessiyada soyunduğum üçün məni polisə çağırıblar..." - FOTOLAR
“Müsəlman bir ailənin övladıyam. Bəli, yeşilçam filmlərində soyundum, amma mən işimdə soyundum, fotosessiyalarda soyundum. Pul qazanmaq üçün porno ulduzu olmadım, polis tərəfindən basılmadım, həbsxanalarda yatmadım. Bunların heç birini etmədiyim üçün özümü çox güclü hiss edirəm”

Bunu Moderator.az-a açıqlamasında məşhur türkiyəli aktrisa Mine Soley bildirib. Aktrisa daha sonra əlavə edib.

“Heç bir tamaşaçım çıxıb deyə bilməz ki, bizdə sizin sevgililərinizlə fotolarınız var. Mən çünki tamaşaçısına sayğılı davranan bir sənətçiyəm. Bu sözüm digər sənətçilər sayğısızdır anlamına gəlməsin. Amma həmkarlarımın bir çoxu zaman-zaman öz sevgililəri ilə mətbuatda xəbər manşeti olub, getdikləri məkanlara jurnalistləri, kameraları dəvət ediblər. Mənim şəxsi həyatım kameralardan uzaq olub. Yaxşılıq edəndə də kamera önündə etməmişəm. Təkcə bir dəfə fotosessiyada soyunduğum üçün məni polisə çağırıblar, bunu sənət üçün etdiyimi deyəndən sonra sərbəst buraxılmışam” - deyə məşhur sənətçi bildirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru