“Facebook” istifadəçilərə qısa videolardan pul qazanma imkanı verəcəklərini bəyan edib

12-03-2021, 08:30           
“Facebook” istifadəçilərə qısa videolardan pul qazanma imkanı verəcəklərini bəyan edib
“Facebook” şirkəti istifadəçilərin yerləşdirdikləri qısa videolarda reklamlardan pul qazanmağı təmin etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə şirkətin meneceri Yoav Arnşteyn açıqlamasında bildirib.

O qeyd edib ki, yaxın həftələrdə bununla bağlı sınaqlara başlanacaq.

Bir dəqiqəlik videoda 30 saniyə, 3 dəqiqəlik videoda isə 45 saniyəlik reklam yerləşdirmək mümkün olacaq.

Eyni zamanda şirkət reklamın məzmununa mane olmayacağını vurğulayıb.

Arnşteyn əlavə edib ki, 18 yaş senzi qüvvədə qalmaq şərti ilə reklam yerləşdiriləcək video şəxsi profilindən deyil, qeydiyyatdan keçmiş səhifədən yayımlanmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru