Müğənni Nura Suri Feysbuk profilində yazdığı status ilə diqqət çəkib. “Sherg.az” xəbər verir ki sənətçi sözügedən paylaşımda bunları qeyd edib: “Necə saxta insanların zəmanəsində yaşayırıq. Ağız dolusu mövcud olmayan ərdən danışırlar. Bədbəxt xoşbəxtlikdən az qalır dissertasiya yazsın. Sevginin mənasını anlamayan eşqdən, məhəbbətdən dəm vurur. Ayə, saxla, düşən var”.