Rəqqasə Fatimənin anası niyə intihar etmək istədi?-FOTOLAR

1-06-2016, 20:12           

Rəqqasə Fatimə Fətəliyeva “ATV maqazin onlarla” verilişində ilk həyat yoldaşı, qızı Aydanın atasından danışıb.

Sənətçi 16 yaşında sevdiyini deyib: "Ailəm gördü ki, məni ona verməsələr, intihar edəcəm. Dərman atıb, özümü öldürməyi düşünürdüm. İndi çox peşmanam. Elə nişanlı olan ərəfələrdə problemlər başladı. Valideynlər yola getmirdi. Anam toy olmasını istəmirdi. Nişan lım məni qaçırtdı. Toydan sonra qayınanam mənə əziyyət verirdi. Həyat yoldaşım gördü ki, anası mənimlə yola getmir, kirayə ev tutdu. Bütün maddi köməkliyi valideynlərim edirdi. Aramızda soyuqluq yarandı və qızım dünyaya gələndən sonra ayrıldıq”.

Ərəb rəqsi etdiyinə görə hələ də utandığını deyən F.Fətəliyeva göz yaşlarını saxlaya bilməyib:

“Valideynlərim müflis oldu. Bir gün anamın məktubunu tapdım, yazmışdı ki, intihar edəcəm. Borclarımız var idi, hər gün qapımızı döyürdülər. İmkansızlıqdan ərəb rəqsi oynadım. Ərəb rəqsi ayıb deyil. Bu, folklordur. Həmişə də oynayanda qapalı geyinmişəm. Sadəcə, mentalitetə görə özümü bağışlaya bilmirəm. Qızıma və oğluma görə utanıram (ağlayır). Ərəb rəqsi mənim üçün indiyədək problemlər yaradır, çox əziyyət çəkirəm”.

Rəqqasə ikinci həyat yoldaşı, oğlu Hüseynin atası haqda xoş sözlər deyib:

“Oğlumun atası yanımdadır, məni olduğum kimi qəbul edib. Məni də, uşaqlarımı da sevir. Kənardan ona təzyiqlər olur, amma o məni olduğum kimi görür". (axsam.az)














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.