ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub. Şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib. M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb. “Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” - deyə, Mais Məmmədov əlavə edib. Qeyd edək ki, ANS TV-nin bundan əvvəlki baş redaktoru Mir Şahin Ağayev olub. O, baş redaktor vəzifəsindən azad edildikdən sonra bu vəzifə boş idi. Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan “İç xəbər” verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb.