“Əgər sən televiziya rəhbəri kimi cəmiyyətdə mövqe tutursansa...” - Gavin Millardan Alışanov-Məhərrəmli davasına reaksiya

2-06-2016, 12:56           

"Əgər sən televiziya rəhbəri kimi cəmiyyətdə mövqe tutursansa demokratik cəmiyyətdə tənqidlərlə üzləşməyə, onları eşitməyə hazır olan şəxssən. Demokratik cəmiyyətdə hər kəsin ifadə azadlıqları var".

teref.az xəbər verir ki, Avropa Şurası və Avropa Birliyinin "Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində diffamasiyaya həsr olunan dəyirmi masasına qatılan media hüququ eksperti Gavin Millar "Azadlıq radiosu"na belə deyib.

O, bu sözlərlə telekommunikasiya professoru, jurnalist Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasına münasibət bildirərkən deyib.

Ekspert Gavin Millar daha sonra bunları bildirib:

"Düşünürəm ki, belə bir vəzifədəki şəxslər belə məsələləri məhkəmədə mübahisələndirməkdən çəkinməli və məhkəmədə həmin fikirlərə rəy bildirməməlidirlər. Əksinə, səalhiyyətlərindən yararlanıb, mediadan istifadə edib bu yanaşmanın nədən qaynaqlandığını göstərməlidirlər".

Xatırladaq ki, bu ilin fevralında Azərbaycanda teleyayıma başlanmasının 60 illiyinə dair Qulu Məhərrəmlinin müsahibəsindəki fikirləri təhqir və böhtan kimi dəyərləndirən AzTV rəhbəri telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmə iddiası irəli sürüb. Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələriylə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. O, digər iddia ərizəsində Qulu Məhərrəmlidən onun haqqında səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.Birinci iddiyaya Yasamal rayon Məhkəməsində baxılır. Yasamal Rayon Məhkəməsinin sözügedən iş üzrə yekun qərarı çıxarılana qədər 100 minlik iddia əsasında proses dayandırılıb.

Mayın 31-də Bakıda diffamasiya və ifadə azadlığı sahəsində Avropa təcrübəsi mövzusunda konfransda prezidenin köməkçisi Əli Həsənov isə deyib ki, 2009-cu ildən bəri Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin (böhtan və təhqir) tətbiqinə moratorium qoyulub, heç kim bu maddələrə görə cinayət məsulyətinə cəlb edilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.