"5 manat istəyirlər, qazandığımı onlara ödəməliyəm?"

30-03-2023, 11:22           
 "5 manat istəyirlər, qazandığımı onlara ödəməliyəm?"
Aparıcı Vüsalə Əlizadə avtomobil dayanacaqlarının olmamasından şikayət edib.

TEREFD.AZ Axşam.az-a istinadla xəbər verir ki, aparıcı bu haqda "7 canlı" verilişində danışıb. O bildirib ki, parklama yerlərində dayanan şəxslər çox pul istəyir:

"Bu məsələ haqda aparıcı kimi yox, bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. Eyni zamanda istəmirəm bunu kimsə pis tərəfə yozsun, çünki biz də sözümüzü deyə bilərik. Ən azından da bu səlahiyətimiz var ki, canlı efirdəyik. Düşünürəm ki, nə zamansa, bunun bir çarəsi olacaq. Çünki şəhərimizdə parklama dəhşətli dərəcədə çox pis vəziyyətdədir. Hara gedirik, bundan əziyyət çəkirik. Yer tapsaq da, qanunsuz park xidməti göstərənlər var. Hər gün bu insana 1 manat ödəniş edirsən, gəlib deyir ki, 5 manat ver. Qazandığımı park yerlərinə ödəyəcəm? Nədir ki, mağazanın, gözəllik salonunun qarşısında dayanmışam. Dəhşətli haldır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.