Xərçəng xəstəsi olan aktyor səhnədə intihara cəhd etdi

30-03-2023, 12:45           
Xərçəng xəstəsi olan aktyor səhnədə intihara cəhd etdi
Rusiyada xərçəng xəstəsi olan 34 yaşlı aktyor Artur Şuvalov Ulan-Ude Dram Teatrının səhnəsində tamaşa zamanı intihara cəhd edib.

Kulis.az xəbər verir ki, bu barədə “Babr Mash” informasiya kanalı məlumat yayıb.

Məlumata görə, sənətçi bu yolla teatrdakı bədii rəhbər dəyişikliyinə etirazını bildirmək istəyib. "Ölümdə rəhbərlik günahkardır", - deyə aktyor teatrın səhnəsində deyib.

O, tamaşaçılara mədəniyyət müəssisəsindəki problemlərdən danışdıqdan sonra səhnədə intihara cəhd edib. Sənətçi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bir müddət öncə teatra təyin olunan yeni bədii rəhbər Vyaçeslav Dyaçenko aktyorlarla dil tapa bilməyib. Son münaqişələrdən biri də Şuvalovun işdən çıxarılması ilə bağlı təhdidlər səbəbindən baş verib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.