"18 ildir eyni kostyumda "Pole Çudes"ə çəkilirəm" - Yakuboviç

30-03-2023, 18:49           
"18 ildir eyni kostyumda "Pole Çudes"ə çəkilirəm" - Yakuboviç
Teleaparıcı və aktyor Leonid Yakuboviç “RİA Novosti”yə müsahibəsində etiraf edib ki, aparıcısı olduğu "Polu Çudes" verilişinə 18 ildir eyni kostyumda çəkilir.
"Həmin smokinqin 18 yaşı var. Eyni zamanda martın 8-də və Yeni il ərəfəsində geyindiyim ağ kostyumum da var”, - Yakuboviç vurğulayıb.

77 yaşlı rusiyalı teleaparıcı Leonid Yakuboviç Moskva vilayətində 12 evi olması ilə bağlı yayılan şayiələrə də cavab verib. Yakuboviçin sözlərinə görə, əvvəllər onun 12, indi isə 4 evinin olması haqqında yazırlar.

“Görünür, bir hissəsini satmışam. Əslində, mənim bir evim var və o, ailəyə aiddir",- aparıcı bildirib.

O, iki şəxsi təyyarəsi və bir helikopterinin olması barədə xəbərləri də təkzib edib.

“Harda dayandıqlarını bilmirəm, onları gözlərimlə görmədim. Mən Minskə gedirəm, orada öz uçuş klubu olan Nikolay Moçanskinin Mi-2-sini uçururam", -deyə Yakuboviç bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.