Sərdar Ortaçın Bakı ARZUSU: "Mənə balaca bir ev alın" - FOTO/VİDEO
2-04-2023, 09:25

Məşhur türk ifaçısı Serdar Ortaç Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, o, konsert proqramından əldə etdiyi gəliri zəlzələ qurbanlarına ianə edəcəyini deyib:
"Konsertdən əldə edilən gəliri zəlzələ bölgəsinə göndərəcəm. Onlara kömək edəcəm. Allah sizdən razı olsun. Konsertimə xoş gəlmisiniz".
İfaçı ölkəmiz haqqında təəssüratlarını da bölüşüb:
"Mən Azərbaycan üçün ölərəm. Əgər soruşsanız ki, Azərbaycan, yoxsa İstanbul? Əmin edirəm ki, Azərbaycan deyərəm. Ona görə də Azərbaycana aid yazdığım bir mahnının ifa edəcəm. Mahnı "Nar çiçəyim" adlanır".
Türk məşhur ölkəmizdə yaşamaq arzusunu da dilə gətirib:
"Bakıya köçəcəm. Mənə dəniz kənarında balaca bir ev alın. Burada balıq tutacam".
"8 il evli qaldım, qız sonra getdi. Amma evlilik çox gözəldir. Ona get gəz, əylən, nə edirsən et dedim. Sonra başa düşdüm ki, icazə vermək lazım deyil", - Sərdar Ortaç keçmiş həyat yoldaşı Cloedən boşanma səbəbindən də danışıb.
İfaçı alqışlarla keçən konsertində bir çox mahnılarını səsləndirib və sonda "Bu qala daşlı qala" adlı Azərbaycan mahnısı ilə konserti bağlayıb.