"Çocuklar duymasın"ın Azərbaycan əsilli ulduzu səssizliyini POZDU

3-04-2023, 16:26           
"Çocuklar duymasın"ın Azərbaycan əsilli ulduzu səssizliyini POZDU
Kirayə yaşadığı evin sahibinin məhkəməyə verdiyi Türkiyənin məşhur aktyoru Tamer Karadağlı ilk dəfə açıqlama verib.

Lent.az xəbər verir ki, o, haqqında yayılan bütün iddialara aydınlıq gətirib.

Azərbaycan əsilli aktyor bildirib ki, hər ay kirayə pulunu ödəyib:

"Borcuna sadiq biri olaraq kirayə pulumu hər ay, dəqiq vaxtda ödəmişəm. Yaşadığım evin sahibi 10 min 500 lirə olan kirayə pulunu 55 min lirəyə qaldırmaq istəyib. Bu bahalaşmanı əsla qəbul etmirəm. Bildirmək istəyirəm ki, bu məsələ barəsində başlatdığım hüquqi mücadiləmi axıra qədər davam etdirəcəyəm".

Qeyd edək ki, Tamer Karadağlı "Çocuklar duymasın" serialında canlandırdığı "Haluk" obrazı ilə yadda qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.