Azərbaycan əsilli aktyorla kirayə qaldığı ev sahibi arasında QALMAQAL BÖYÜYÜR - FOTO

4-04-2023, 11:42           
Azərbaycan əsilli aktyorla kirayə qaldığı ev sahibi arasında QALMAQAL BÖYÜYÜR - FOTO
Azərbaycan əsilli aktyor Tamer Karadağlı bir neçə gün əvvəl illərdir kirayə qaldığı ev sahibini məhkəməyə verib. Buna səbəb aktyorun ev sahibinin kirayə haqqını 10.500 lirədən (təxminən 929 AZN) 55 000 lirəyə (təxminən 4 867 AZN) qədər artırması olub.

BAKU.WS xəbər verir ki, qarşı tərəfin vəkili Yasemin Kumbaracıbaşı açıqlama yayaraq Karadağlının dediklərinin əsassız olduğunu onun adi deyil, lüks, rahat və geniş evdə yaşadığını, bunun nəticəsində də yüksək məbləğdə kirayə haqqı ödəməli olduğunu deyib:

“Həmin ərazidə Karadağlının kirayə qaldığı lüks mənzillərin kirayə haqqı 50 min lirə(təxminən 4425 AZN) ilə 70 000 lirə( təxminən 6125 AZN) arasında dəyişir. O adi vətəndaşların yaşadığı sadə evə deyil, lüks mənzildə yaşayır. Müvəkkilimin fürsətçi biri kimi təqdim edilməsi absurddur.

Karadağlı bizə qarşı verdiyi açıqlamalarala özünü haqlı çıxarmağa çalışır. Görktürkdə 6 ildir qaldığı mənzildə sadəcə ürəyi istəyəndə artıq kirayə haqqı ödəyib. Bu səbəblə də onun indi hər ay verməli olduğu kirayə haqqı 55 000 lirədir (təxminən 4 867 AZN).

Bu bir neçə ildə ölkədə yaşanan iflyasiya nəzərə alsaq, hər şey 3-4 dəfə bahalaşıb. Tamer başlatdığı məhkəmə prosesində özünü xalq qəhrəmanı kimi təqdim edib, sona qədər mübarizə aparacağını deyir. Biz isə bunu sadəcə özümüzə qarşı təşviqat kimi dəyərləndirirk.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.