Madonna uzun zamandan sonra qızlarını ÜZƏ ÇIXARDI - FOTO

5-04-2023, 12:49           
Madonna uzun zamandan sonra qızlarını ÜZƏ ÇIXARDI - FOTO
Dünya pop səhnəsinin ulduzu Madonna uzun müddətdən sonra 10 yaşlı qızları Stella və Ester ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi övladlarının əl işi sayılan trikotaj dəst geyimdə çəkdiyi fotolarını izləyiciləri ilə bölüşüb

Deyəsən, super ulduzun ailəsində gələcək dizaynerlər yetişir.

Qeyd edək ki, Madonnanın altı övladı var. Pop ulduzun fitnes məşqçisi Karlos Leondan ilk övladı olan 26 yaşlı Lourdes model və müğənni kimi karyerasını davam etdirir, müğənninin rejissor Qay Ricci ilə oğlu olan 22 yaşlı Rokko isə rəssam kimi özünü sınayır. O, “Maison Rhed” adlı öz qalereyasını qurub. Müğənni eyni zamanda 17 yaşlı Devid və 16 yaşlı Mersi adlı övladlarını böyüdür.

Bu ilin fevralında Madonnanın böyük qardaşı reabilitasiya mərkəzində müalicə olunduqdan sonra dünyasını dəyişib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.