Kristina Aqilera uşaqlıq travmasından danışdı

7-04-2023, 11:29           
Kristina Aqilera uşaqlıq travmasından danışdı
Müğənni Kristina Aqilera hələ də uşaqlıq travmasından əziyyət çəkdiyini etiraf edib.

“Birinin - sevdiyin birinin incidiyini görəndə elə sarsılırsan ki... Anama yazığım gəlir, 42 yaşımda hələ də mən bu hisdən əziyyət çəkirəm. Travma səni heç vaxt tərk etmir, sadəcə onu sağaltmağa çalışmağın yollarını tapırsan”, - deyə ifaçı bildirib.

İfaçı atasının anasını necə döydüyünü tez-tez gördüyünü vurğulayıb.

Ulduzun sözlərinə görə, bu xatirələr onun yaddaşında aydın şəkildə həkk olunub, ona görə də indi o, məsələn, filmdəki məişət zorakılığı səhnəsinə son dərəcə şiddətli reaksiya verir.

Aqilera etiraf edib ki, o, məişət zorakılığı mövzusunda ictimaiyyət qarşısında çıxış edərək travmanın mənfi təsirini minimuma endirməyə çalışır. İfaçı qeyd edib ki, dünyada nə qədər qadının qorxudan və ya maddi sıxıntıdan məişət zorakılığına dözmək məcburiyyətində qaldığını anlayanda qəlbi qırılır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru