Vinsent Kassel həyat yoldaşı ilə bütün şəkillərini sildi - FOTO

7-04-2023, 11:48           
Vinsent Kassel həyat yoldaşı ilə bütün şəkillərini sildi - FOTO
Fransız aktyor Vinsent Kassel həyat yoldaşı model Tina Kunaki ilə olan bütün şəkillərini “Instagram” səhifəsindən silib.

Məlumata görə, cütlük beş illik evlilikdən sonra ayrılıb. Onların boşanmağa hazırlaşdığı bildirilib.

Həmçinin, Kassel aprelin 5-də Kunakini ad günü münasibətilə təbrik etməyib. Qadın özü də ərinin fotolarını paylaşmağı dayandırıb.

Qeyd edək ki, Vinsent Kassel və Tina Kunaki 2018-ci ildə evləniblər. 2019-cu ilin aprel ayında cütlüyün Amazoni adlı qızı dünyaya gəlib.

Xatırladaq ki, aktyor üçün bu, ikinci evlilikdir. Belə ki, o, 1999-2013-cü illərdə italyan aktrisa Monika Bellucci ilə ailəli olub. Bu izdivacdan Deva və Leoni adlı iki qız övladı dünyaya gəlib.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru