İsrail "cəsur döyüşçü" Medvedyev haqqında da cizgi filmi nümayiş etdirdi... - VİDEO

8-04-2023, 12:35           
İsrail "cəsur döyüşçü" Medvedyev haqqında da cizgi filmi nümayiş etdirdi... - VİDEO
İsraildə Rusiya baş nazirinin müavini,diktator prezident Putinin yaxın silahdaşı, son vaxtlar Ukrayna, ABŞ və Avropaya qarşı "cəsarətli" çıxışlarıyla seçilən Dmitri Medvedyev haqqında da satirik cizgi filmi çəkilib.

Moderator.az xəbər verir ki, cizgi filmi yerli "9-cu" kanalda hər bazar göstərilən məşhur "Qoruq" siyasi satirik multserialının 258-ci buraxılışının 12:03 dəqiqəsində nümayiş etdirilib.

"Daim irəliləyən düşmənlər qarşısında cəsur ciyər və əsl döyüşçü" - Dmitri Anatolyeviç Medvedev "qranitdən tökülmüş" mahnı oxuyur.

Mahnının məzmunu təxminən belədir:

Mən noutbuku yenidən yandıracağam!

Axı daha dözmək üçün güc yoxdur!

Vova ölkəni gün ərzində qoruyur

Mən isə gecələr baxıram...

Mahnının solo hissəsini xorla məşhur Kreml təbliğatçıları Marqarita Simonyan, Mariya Zaxarova, Vladimir Solovyov, Olqa Skabeyeva və s. ifa edirlər.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru