Məşhur aktrisa trolleybusun təkərləri altında QALDI - VİDEO

10-04-2023, 10:28           
Məşhur aktrisa trolleybusun təkərləri altında QALDI - VİDEO
Tanınmış rus aktrisa Yelena Şulman faciəli şəkildə vəfat edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 7-si axşam saatlarında trolleybusun vurduğu aktrisa bu gün dünyasını dəyişib.

Hadisə Sankt-Peterburqda avtobus dayanacaqlarından birində baş verib. Piyadaların sıx olduğu küçə ilə hərəkət edən aktrisa qəfildən avtomobil yoluna çıxıb. Nəticədə dayanacağa yaxınlaşan trolleybusa çırpılaraq təkərləri altında qalıb.

Yelena Şulman ağır xəsarətlərlə dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, 54 yaşına bir gün qalmış həyatla vidalaşıb.

Qeyd edək ki, məşhur dublyaj aktrisası olan Yelena 650-dən çox bədii və cizgi filmini səsləndirib, onlarca tanınmış aktyorun səsi olub. O, filmlərdə də rol alıb, rejissor kimi də fəaliyyət göstərib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru