Rövşanə əməkdar artisti canlı yayıma buraxmadı: - "Bu, hörmətsizlikdir..."

11-04-2023, 15:12           
Rövşanə əməkdar artisti canlı yayıma buraxmadı: - "Bu, hörmətsizlikdir..."
"Space" televiziyasında Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi "Space səhər" verilişində gərgin anlar yaşanıb.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, əməkdar artist İlkin Əhmədovun canlı yayıma iki saat gec gəlməsi aparıcını özündən çıxarıb:

"İlkin Əhmədovu qonaq dəvət etmişik. Məsuliyyət sıfır... Səhər tezdən canlı efirə gəlirsən, biz səhər saat 6-dan burdayıq. İlkin, hardasan? Biz sənə hörmət etmişik, verilişin anonsu paylaşılıb. İnsanlar səni gözləyir. Vaxtında efirə gəlmək lazımdı. Gələ bilmirdinsə deyərdin ki, vaxtım yoxdur. Nə çox müğənni, nə çox ifaçı. Efirə çıxmaq üçün ürəkləri də gedir. Canla-başla gəlib burada əyləşəcəkdilər.

Hardasan? Bu qədər tıxacmı olur?! Bu hörmətsizlikdir və nə haqla bizə hörmətsizlik edirsən? O zaman bizdən də hörmətsizlik gör. Hansı haqla efirimizi boş qoymaq keyfindəsən?

10 dəqiqəyə veriliş bitir. Bizim efirimoz alt-üst oldu. Bu saatdan sonra İlkinin efirə gəlməsinə ehtiyac yoxdur".

Qeyd edək ki, İlkin Əhmədov verilişin bitməsinə 10 dəqiqə qalmış gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru