"Vətənim 3 şəhid verdiyi ərəfədə bu haqda düşünə bilmərəm"

12-04-2023, 10:17           
"Vətənim 3 şəhid verdiyi ərəfədə bu haqda düşünə bilmərəm"
"Bu gün doğum günüm olsa da, etmədim. Vətənim 3 şəhid verdiyi ərəfədə nəinki doğum günü qeyd edə bilərəm, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı və həyəcanla oxuyurdum: Şəhidimiz var".

Teref.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva instaqram hesabında yazıb. Bu gün ad günü olan sənətçi dostları ilə birlikdə planlaşdırdığı tədbiri təxirə salıb:

"Onlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hisslər mənə yad olan bir hisslər deyil. Bu gün mən, mənim əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu Vətən keşiyində duran mərd oğulların, igid əsgərlərimizin sayəsindədir. Düşmənlə üzbəüz duran hər bir hərbçimizin sağ-salamat evlərinə dönmələrini arzu edirəm. Bu gün həm də Qədr gecəsidir. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar edirik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hər kəsə isə minnətdarlığımı bildirirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru