Moskvada film çəkilişi zamanı bədbəxt hadisə: İşıqlandırma qurğusu yaşlı qadının üzərinə düşdü - VİDEO

14-04-2023, 08:16           
Moskvada film çəkilişi zamanı bədbəxt hadisə:
Rusiyanın paytaxtı Moskvada “Anormal” filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib.

Çəkiliş zamanı işıqlandırma qurğusu yoldan keçən yaşlı təqaüdçü qadının üzərinə düşüb.

Məlumata görə, filmin texniki heyəti üzərində çox sayda ağır lampa olan qurğunu dartıb apardığı zaman qurğu aşıb. Nəticədə həmin vaxt yoldan keçən 87 yaşlı Valentina İvanovna adlı qadının başına düşüb. Qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hazırda yaşlı qadın xəstəxanadadır və ona beyin silkələnməsi diaqnozu qoyulub.
Hadisə ilə bağlı istintaqa başlanılıb.

Mənbəz: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru