Tanınmış meyxanaçı "BOMJ" HƏYATI YAŞAYIR: "Ölməmişdən 3-4 ay əvvəl..." - VİDEO

14-04-2023, 09:35           
Tanınmış meyxanaçı "BOMJ" HƏYATI YAŞAYIR:
Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.

Publika.az xəbər verir ki, bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır.

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır.

O, mərhum meyxanaçı Vüqar Biləcəri ilə bağlı xatirələrini də bölüşüb:

“Ölməmişdən 3-4 ay əvvəl maşınla gedirdik. Füzuli meydanından keçəndə düşdük, şairin ruhuna Yasin oxuyub, baş əydi. Ona dedilər ki, ay Vüqar, daşa baş əyirsən? Vüqar dedi ki, onun sənətinin qabağında baş əyirəm”.


E.Binəqədi mərhum meyxanaçının məzarını tez-tez ziyarət etdiyini deyib.

Ətraflı verilişi təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru